Now Reading:
Şəfiqə Nağıyeva Vəkillər Kollegiyasından çıxarıldı – İTTİHAM
Full Article 30 second read

Şəfiqə Nağıyeva Vəkillər Kollegiyasından çıxarıldı – İTTİHAM



Tanınmış vəkil Şəfiqə Nağıyevanın vəkillik fəaliyyəti dayandırılıb.

 

Bu barədə “Qafqazinfo”ya Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İradə Cavadova məlumat verib.

 

O bildirib ki, Şəfiqə Nağıyevanın fəaliyyəti ilə bağlı ötən gün kollegiyada iclas keçirilib: “Qərara alındı ki, onun fəaliyyəti 6 ay müddətinə dayandırılsın.

 

Haqqında olan iş materiallarının araşdırılması üçün Baş Prokurorluğa müraciət edildi. Buna səbəb isə müdafiə etdiyi şəxsdən külli miqdarda pul almasıdır.

 

Bundan əlavə, Şəfiqə Nağıyeva Rəyasət Heyətinə hörmətsizlik edir, iclaslarda iştirak etmir və digər qaydaları pozur. Ona görə də onun vəkillik fəaliyyəti dayandırılıb”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: