Səddama hücumun səbəbkarı mənəm – Nazirdən etiraf


Mən İraqın işğalına görə məsuliyyət daşıyıram.

Axar.az xəbər verir ki, bunu “Skay Nyus” telekanalına müsahibəsində Böyük Britaniyanın keçmiş Xarici İşlər naziri Cek Stro söyləyib.

“Məhz mən o zaman Nümayəndələr Palatasına İraqa hücumla bağlı qərar verməyi məsləhət görən əsas şəxslərdən biri olmuşam. 2003-cü ildə mənim müdafiə etdiyim fikir dəqiq informasiyaya əsaslanırdı”, – deyə o bildirib.

Qeyd edək ki, Cek Stro 2001-2006-cı illərdə Böyük Britaniyanın xarici işlər naziri olub.

Böyük Britaniya və ABŞ orduları İraqa 2003-cü ildə müdaxilə edib. Nəticədə İraq Prezidenti Səddam Hüseyn devrilərək edam olunub. O zaman İraqa hücuma əsas səbəb kimi Səddam Hüseynin beynəlxalq terrorizmə dəstək verməsi və kimyəvi silahlara sahib olması göstərilsə də, sonradan bu iddiaların heç birinin doğru olmadığı ortaya çıxıb.

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Ərdoğan: "Putin xahiş etdi, aramızda razılaşma oldu"

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: