Now Reading:
Rza Zarrab ev dustaqlığına buraxılmadı
Full Article 30 second read

Rza Zarrab ev dustaqlığına buraxılmadı



ABŞ-da məhkəmə varlı qızıl ticarətçisini ev dustaqlığına buraxmayıb.

Hakim Richard Berman-ın iyunun 16-da çıxardığı qərarda deyilir ki, İran və Türkiyə vətəndaşı olan Rza Zarrab həbsdə qalmalıdır, çünki sərvəti və əlaqələri onun qaçışını mümkün edir.

Zarrab martda Mayamidə saxanıb, İranın ABŞ sanksiyalarından yayınmasına kömək etməkdə təqsirli bilinir.

O, 50 milyon dollar müqabilində buraxılmaq, həbsini Menhettendəki evində keçirmək istəyirdi.

Zarrab-ın vəkilləri hakimin qərarını “məyusedici” adlandırıb. O, ittihamları qəbul etmir.

Rza Zarrab türkiyəli pop müğənni Ebru Gundes-lə evlidir və 2013-cü ildə Türkiyədə korrupsiya qalmaqalının mərkəzində dayanıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: