Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Rüstəm İbrahimbəyov Xədicəyə yazdı

«Sizin başınıza gələnlər ölkədə dərin mənəvi və ictimai-siyasi böhranın göstəricisidir. Sizin azadlığa buraxılmağınız isə kiminsə xoş məramı və ya himanizmi deyil. Sizi yenilməz ruhunuzun gücü azadlığa çıxartdı».

Bu fikirlər dramaturq və kinorejissor Rüstəm İbrahimbəyovun araşdırmaçı-jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıla ünvanladığı açıq məktubunda yer alıb.

«Həyatımızda olan bütün qəmli, dramatik və bəzi hallarda faciəvi bir şəraitdə Azərbaycanda sizin kimi şəxsiyyətin olması xalqımız üçün qürurverici hadisədir. Əminəm ki, tez və ya gec hamı başa düşəcək ki, həmvətənimiz Xədicə İsmayıl da dünyada insan haqları uğrunda mübarizədə özünəməxsus yer tutur», – kinorejissor məktubunda qeyd edir.

Məktubda yazılır ki, insanın ən yüksək keyfiyyətlərindən biri çəkinmədən hökumətin üzünə həqiqəti demək bacarığıdır:

«Azərbaycanda bu cür adamlar təqiblərə məruz qalır. Sizin azadlığa buraxılmağınız hakimiyyətin çoxdan vəd etdiyi demokratik dəyişikliklərin nəhayət ki, başlanacağına ümid etməyə əsas verir. Lakin hadisələrin bu istiqamətdə inkişafından ötrü üzərinizdə olan digər ittihamlar götürülməli, adı ölkənin hüdudlarından kənarda da məşhur olan bütün siyasi məhbuslar azadlığa buraxılmalıdır».

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

“Fövqəlnazir”ə 100 minlik rüşvət qalmaqalı yaşadan məmur: Cəbrayıl Xanlarov – VİDEOLAR

%d bloqqer bunu bəyənir: