Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Rusların İŞİD-ə qoşulmaq üçün Azərbaycan yalanı

Rusiyadan terror təşkilatlarına qoşulan vətəndaşların sayı açıqlanıb.

Anspress bildirir ki, 3 min nəfər Rusiya vətəndaşı xaricdə terrorçuluq fəaliyyəti ilə məşğul olur.

Bu barədə məlumatı Rusiyanın Terrorçuluğa Qarşı Milli Komitəsi rəhbərinin birinci müavini Yevgeni İlyin verib. O deyib ki, vətəndaşlar əsasən Azərbaycan, Belarus, Ukrayna, Türkiyə və Misirdən keçməklə terror qruplaşmalarına qoşulurlar.

Vətəndaşların qeyri-qanuni silahlı birləşmələrə qoşulmalarının əsas səbəbi kimi onların təhsil ala bilməmələri və maliyyə çətinlikləri göstərilir.

Onlar ölkədən təhsil almaq, istirahət etmək və ya biznes qurmaq bəhanəsi ilə çıxırlar. Lakin daha sonra Suriya və İraq ərazisində fəaliyyət göstərən terror təşkilatının tərkibində döyüşürlər.

Terror təşkilatlarına Rusiyanın xüsusilə Şimali Qafqaz regionundan qoşulurlar.

Ötən ilin sentyabrında daxili İşlər naziri Vladimir Kolokoltsev İŞİD terror qruplaşmasının tərkibində 1800-dən çox Rusiya vətəndaşının vuruşduğunu demişdi. Həmin terrorçular Rusiyanın dəstəklədiyi Suriya prezidenti Bəşər Əsədə qarşı mübarizə aparırlar.

Rusiya prezidenti Vladimir Putin açıqlamalarında bəyan edib ki, Suriyada döyüşən terrorçuların ölkələrinə qayıtması gələcəkdə böyük problemlərə səbəb ola bilər. Buna görə də Rusiya ötən il sentyabrın 30-da Suriyada İŞİD və digər silahlı birləşmələrə qarşı mübarizəyə başladı. Əməliyyatlar nəticəsində Suriyanın bəzi əraziləri İŞİD terror təşkilatından azad edildi.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Türkiyə Rusiyaya kompensasiya ödədi

%d bloqqer bunu bəyənir: