Loading...
Loading...

“Rusların hədəfində İstanbul var” – Şok iddia

Aqil Səmədbəyli: “Bunu Putin öz dili ilə deyib”

Rusiyanın Ermənistana “İsgəndər” raketləri verməsi ölkəmizdə ciddi müzakirələrə səbəb olub. “İsgəndər” raketləri ilə bağlı son günlər ortaya atılan iddialardan biri də bu raketlərin sadəcə Azərbaycana deyil, həm də Türkiyə və NATO-ya qarşı yönəlməsidir.

Moderator.az-a açıqlama verən siyasi şərhçi Aqil Səmədbəyli bu iddiada həqiqət payının olduğunu vurğuladı:

“Rusiyanın tarixində rejimlər dəyişsə də, strategiya dəyişmir. Dövlət sadəcə cildini dəyişir. Mahiyyət isə dəyişmir. Rusların lideri Pyotrun vəsiyyətində dünya dövləti olmanın yolunun İstanbula sahib olmaqdan keçdiyi yazılır. Rusların hədəfində İstanbul var – bunu Türkiyə ilə Rusiya arasında yaşanan uçaq böhranı dönəmində Putin öz dili ilə dedi. Eyni zamanda, böhrandan sonrakı barışıq dönəmində Putin ilə Ərdoğan Sankt-Peterburqda görüşəndə Putin qəsdən görüşü Konstontinopol salonunda keçirdi. Bu, həm də bir mesaj idi. Bizim ataların çoxlu mənalı deyimləri var. Onlardan biri də budur: “Ayıyla dost ol, amma silahını əldən buraxma”. İndi ruslar da bir daşla üç hədəf vururlar: Birincisi, Azərbaycana qarşı Ermənistan silahlandırılır.

Məqsəd də odur ki, Azərbaycan Rusiyanın boyunduruğuna girmək məcburiyyəti qarşısında qalsın.

İkincisi, bununla Ermənistan daha çox Rusiyaya bağlı hala gəlir. Yəni faktiki Rusiyanın əyalətinə çevrilir.

Üçüncüsü, Türkiyəyə qarşı Rusiya öz təhlükəsizliyini Ermənistandan qurur. Böyük dövlətlər ölkəsinin güvənliyini öz sərhədlərindən yox, daha uzaqlaqdan təmin edir. Bu mənada Rusiya Türkiyə ilə dostluq edirsə də, yenə də öz niyyətindən əl çəkmir.

Təəssüflər olsun ki, Azərbaycan rəsmiləri də rusların erməniləri silahlandırmasına qarşı səsini yüksəltmir”.

 

24saat.org
Loading...

Cahangir Hacıyevdən ictimaiyyətə sensasion müraciət

Sonrakı Yazı »

İŞİD-çi idmançı millimizə necə gəlib?

%d bloqqer bunu bəyənir: