Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Rusiyayla Türkiyə hələ də savaşır

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Recep Tayyip Erdoğan-la bu günlərdə Sankt-Peterburqda görüşdü. Məqsəd ötən ilin noyabrında Türkiyənin Suriya ilə sərhədində Rusiya təyyarəsinin vurulmasından sonra pisləşən münasibətləri düzəltmək idi. Amma, hələlik, buzların əriməsi BMT-də müşahidə olunmur. Bunu «Foreign Policy» dərgisində Colum Lynch yazır.

Belə ki, ötən həftə Rusiyanın BMT-dəki səfiri Vitaly Churkin qurumun Təhlükəsizlik Şurasının qapalı iclasında Türkiyəni «topa tutub», onu Suriya ilə sərhədindən silah və terrorçu axınına şərait yaratmaqda suçlayıb. Məlumatı «Foreign Policy»yə Şuradakı diplomatlar veriblər.

Müəllif qeyd edir ki, bu danlaq Moskvayla Ankaranın fikir ayrılıqlarının qaldığını göstərir. Suriya prezidenti Bashar al-Assad Rusiyadan birbaşa hərbi yardım alır, Türkiyənin silahlandırdığı və dəstək verdiyi üsyançılarla savaşır.

«MÜXALİFƏTİ DƏSTƏKLƏMƏYİN»

Diplomatların sözlərincə, rusiyalılar həmin iclasda Türkiyənin ünvanına çox sərt danışıblar. Churkin deyib ki, Türkiyə sərhədə nəzarətlə bağlı heç bir tədbir görmür. O, müxalifət tərəfdarlarını, yəni Birləşmiş Ştatlar və Türkiyəni Assad-a qarşı savaşan döyüşçülərlə əlaqələri kəsməyə çağırıb. «Əslində demək istəyirdi ki, «biz müxalifəti sevmirik, mövqeyinizi dəyişə bilərsinizmi?»», – daha bir diplomat dərgiyə söyləyib.

Bu iclasdan sonra Churkin Ankaranı Suriya kürdlərinin müharibədəki roluna müxalif mövqeyinə yenidən baxmağa, həmin qrupun BMT-nin vasitəçilik etdiyi danışıqlarda iştirakına qarşı çıxmamağa çağırıb. Ankara Rusiyanın dəstəklədiyi Kürd Demokratik Birlik Partiyasını (PYD) terrorçu təşkilat sayır. Rusiya isə Suriya kürdlərinin Moskvada ofis açmasına imkan yaradıb, ABŞ da PYD və onun hərbi qanadı olan YPG ilə münasibətləri sıxlaşdırır.

Ankara hesab edir ki, Suriya kürdləri qanuni müxalifətə daxil deyil və danışıqlara qatılmaqdan ötrü hökumətin nümayəndə heyətinə qoşulmalıdır.

«CHURKIN HAQLIDIR»

Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun eksperti Andrew Tabler deyir ki, Churkin-in tənqidi Erdoğan-la Putin-in Suriya vətəndaş müharibəsiylə bağlı əsas fikir ayrılıqlarını aradan qaldıra bilmədiyini göstərir. «Görünür, məsələ həllini tapmayıb», – Tabler deyir.

Amma ziddiyyətlərə baxmayaraq, Moskvayla Ankara bir-birinə çox şey təklif edə bilər. Türkiyə antihökumət qüvvələrinin sərhəddən silah və döyüşçü keçirməsini məhdudlaşdıra bilər. Moskva isə öz növbəsində kürd döyüşçülərin Suriyada nüfuz qazanmasını əngəlləmək gücündədir.

Avropa Xarici Əlaqələr Şurasının eksperti Richard Gowan isə Rusiyanın tənqidini haradasa haqlı sayır: «Churkin düz deyir. Reallıq odur ki, Türkiyə ekstremistlərin Suriyaya silah və canlı qüvvə keçirdiyi marşrutları bağlamağa meylli deyil».

(azadliq.org)

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

“Gürcüstan ABŞ-ın bir ştatı, Rusiyanın quberniyası…”

%d bloqqer bunu bəyənir: