Now Reading:
Rusiyanın Ukrayna qərarı: Yeni müharibə başlayır?
Full Article 50 second read

Rusiyanın Ukrayna qərarı: Yeni müharibə başlayır?



Rusiya hələlik Ukraynaya qarşı konkret hansı addımlar atacağını bilmir.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Vedemosti” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb. Qəzet Təhlükəsizlik Şurasının iclasında hələlik Krımdakı son terakt ilə bağlı heç bir ortaq nəticə tapılmadığını yazıb:

“Rusiya Ukraynaya hərbi zərbə endirilməsi variantını nəzərdən keçirmir. Bu zərbə başqa vasitə ilə reallaşa bilər. Belə ki, Rusiyanın yerinə Donbasdakı separatçılar Kiyevə başağrısı verə bilərlər”.

Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının son iclası 11 avqustda olub.

Bundan öncə Rusiya Federal Təhlükəsizlik Xidməti Krımda terrorun qarşısını aldığını bəyan edib. FTX terroru həyata keçirmək istəyən Ukrayna diversantlarını yaxaladığını bildirib. Bundan sonra Prezident Vladimir Putin Ukraynanı tənqid edərək, onu terrorizmdə günahlandırıb. O, Ukraynaya bu hadisəyə görə cavab veriləcəyini deyib.

Ukrayna Prezidenti Pyotr Poroşenko isə ölkədəki bütün ordu birləşmələrinin tam döyüş hazırlığı vəziyyətinə gətirilməsi haqqında əmr verib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: