Now Reading:
“Rusiyanın Qarabağ münaqişəsinin nizamlanmasındakı rolunu qiymətləndiririk”
Full Article 50 second read

“Rusiyanın Qarabağ münaqişəsinin nizamlanmasındakı rolunu qiymətləndiririk”

Beynəlxalq arenalarda aktiv qarşılıqlı fəaliyyətimiz mövcuddur, siyasi dialoq gücləndirilir, iqtisadi əlaqələr möhkəmləndirilir, həmçinin nəqliyyat, enerji sahəsində yaxşı nəticələr var, humanitar əməkdaşlıq da inkişaf edir.


24saat.org Rusiya prezidentinin rəsmi saytına istinadən xəbər verir, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putin ilə Bakıda keçirilən görüşündə bildirib.
İ.Əliyevin sözlərinə görə, sentyabrda Bakıda Rusiya- Azərbaycan rəhbərliyi altında növbəti humanitar forum keçiriləcək və bütün bunlar bizim münasibətlərimizin inkişafı üçün təməl yaradır.
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın rolunu xüsusi vurğulamaq istərdim. Biz bu rolu qiymətləndirik, sizin şəxsi iştirakınız nizamlanma prosesində mühüm rol oynayır. İyun ayında Sankt-Peterburqda keçirilən görüş sırf bu problemə həsr olunmuşdu, mən sizə bu prosesdə fəal iştirakınıza görə təşəkkür edirəm”.
Azərbaycan prezidenti qeyd edib ki, bu gün həmçinin İran, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli görüşü baş tutacaq: yeni format ikitərəfli əməkdaşlıq çərçivəsində potensiala malikdir və çox şey vəd edir.
“Düşünürəm ki, bu ölkələrimizin iqtisadi inkişafına, eləcə də regionda təhlükəsizliyin möhkəmləndirilməsinə vasitəçilik edəcək”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: