Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Rusiyanın Qafqazdakı “qalasında” etirazlar başlayıb

Qondarma Abxaziya respublikasının Daxili İşlər Nazirliyinin binasına etirazçılar hücum edib. ANS PRESS-in məlumatına görə, etiraz aksiyasının iştirakçıları nazirliyin binasına molotov kokteyli atıblar. “RİA Novosti” xəbər verir ki, binada yanğın baş verib. Etirazlar paytaxt Suximidə keçirilir.

Nazirlik əməkdaşlarının səyi nəticəsində yanığının genişlənməsinin qarşısı alınıb.

Etirazçlıar nazirliyin giriş hissəsinə doğru irəliləyiblər. “Polis və başqa güc strukturları vəziyyətə nəzarət etməyə çalışır”, – deyə xəbərdə bildirlir.

Etirazçılar daxili işlər naziri Leonid Dzapşbanın istefasını tələb edirlər. Binanın qarşısına xüsusi təyinatlılar cəlb olunub və onlar mitinqçilərin irəliləməsinin qarşısını kəsiblər.

Buna səbəb isə qondarma respublika ərazisində kriminogen vəziyyətin yaxşı olmamasıdır.

Drapşba isə istefa verməyə hazır olduğunu bəyan edib. Amma bu barədə “prezident” qərar qəbul etməlidir.

Qondarma respublikanın prezidenti Raul Xadjimba isə Daxili İşlər Nazirliyinin binasına hücumu pislədiyini deyib. Aksiyada 700 nəfərə yaxın adam iştirak edir.

Abxaziya Gürcüstanın şimal-qərbində yerləşən separatçı respublikadır. 1992-ci ildən etibarən gürcü-abxaz münaqişəsi nəticəsində Gürcüstanın nəzarətindən çıxıb. Hazırda qondarma rejim Rusiyanın açıq dəstəyini alır.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Ərdoğan: “3 bəla ilə qarşı-qarşıyayıq”

%d bloqqer bunu bəyənir: