Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
_92445420__92443541_gettyimages-479760504

Rusiyanın iqtisadi inkişaf naziri Ulyukayev “rüşvət alarkən tutulub”

Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev barəsində rüşvət alma ittihamı ilə cinayət işi başlanıb, Rusiya İstintaq komitəsi məlumat verib.

İstintaq komitəsinin saytında yerləşdirilimiş mətnə əsasən, Ulyukayev 2016-ci il noyabrın 14-də “Rosneft” şirkətinə “Başneft”-in dövlət səhm paketinin alınmasına dair saziş əldə etməsinə imkan verən müsbət qiymətləndirmə üçün 2 milyon dollar məbləğində rüşvət alıb.

“2016-ci il noyabrın 15-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin kompleks əməliyyat tədbirləri, xüsusilə vacib işlərin istintaqı üzrə Rusiya Federasiyası İstintaq komitəsinin Baş istintaq idarəsi tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində iqtisadi inkişaf naziri Aleksey Ulyukayev barəsində cinayət işi başlanıb”, məlumatda deyilir.

Aleksey Ulyukayev saxlanılıb, yaxın vaxtlarda İstintaq komitəsi ona ittiham və həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təqdim etməyi planlaşdırır.

“Bilmirəm, prezidentə məlumat verilirmi”

İnterfaks agentliyi mənbəyə istinadən bildirib ki, Ulyukayev rüşvət verilməsi zamanı iş başında yaxalanıb.

“Ulyukayevə pul, istintaq eksperimentinin gedişində güc strukturlarının nəzarəti altında verilib”, İnterfaks öz mənbəsinin sözlərini sitat gətirir.

Bu məlumata əsasən, istintaqda “Rosneft” şirkətinin rəhbərlərinə irad yoxdur.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS agentliyinə bəyan edib ki, dövlət başçısı ilə bu mövzuda hələ danışmayıb.

“İndi gecədir. “Bilmirəm, prezidentə məlumat verilirmi”, Peskov deyib.

Putinin mətbuat katibi əlavə edib ki, “bu, çox ciddi sübutlar tələb edən çox ciddi ittihamdır”.

Rusiya hökuməti Aleksey Ulyukayevin həbsini hələlik şərh etməyib.

Sərfəli sövdələşmə

Bir ay əvvəl “Rosneft” bildirib ki, “Başneft” şirkətinin dövlət səhm paketinin səhmlərinin alqı-satqı müqaviləsini bağlayıb və “federal xəzinədarlığın hesabına 329,7 milyard rubl köçürərək müqavilə üzrə öhdəliklərini tam yerinə yetirib”.

“Bütün məbləğ, 329 milyard 690 milyon rubl büdcəyə daxil olacaq,” o zaman “Başneftin” 50,0755 faiz səhmlərinin satışı üzrə sövdələşməni bağlı elan edən Aleksey Ulyukayev bildirib.

“Başneft”-in dövlət səhm paketinin alıcısının seçimi barədə şərh verərkən nazir deyib ki, yalnız “Rosneftin” təklifi məsləhətçilərin 297 -315 milyard rubl dəyərində olan qiymətləndirməsindən daha çox olub.

Ulyukayevin sözlərinə görə, “Rosneftin” təklifi səhmlərin sentyabrın 30-na olan bazar qiymətindən 20 faiz yüksək olub.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Dünyanın ən ağır çəkili uşağının ŞOK GÖRÜNTÜLƏRİ…

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: