Loading...
Loading...
putin-komp-300x169

Rusiyanın indiki durumundan iki çıxış yolu var…

“RBK” portalı Postsənaye cəmiyyətlərinin öyrənilməsi Mərkəzinin direktoruVladislav Inozemtsev-in Rusiyada korrupsiya və onun fəsadları barədə məqaləsini dərc edib.

Müəllif yazır ki, korrupsiya geniş məfhumdur. Ancaq onun əsas cəhəti qaydaların seçkili tətbiqidir. Yəni, məsələn, sizə bir obyekti tikməyə icazə vermirdilərsə, lazımi adamları “gördükdən” sonra bu icazəni verirlər, yaxud tenderlə bağlanmalı olan dövlət kontraktını şirkətiniz tendersiz alır və s.

Beləliklə, hüquqi və əxlaqi baxımdan vahid sayılan anlayış iqtisadi baxımdan ikiyə parçalanır. xərclənib”

RÜŞVƏTXORLUQ VƏ KORRUPSİYA

“Adi rüşvətxorluq” dediyimiz aşağı səviyyəli korrupsiyanın iştirakçıları polis, yerli məmurlar, müfəttişlər və s. dövlət qulluqçularıdır. Onlar topladıqları vəsaiti sonradan maşınlara, qiymətli əşyalara, ev və torpaq sahələrinə, uşaqlarının xaricdəki təhsilinə xərcləyirlər. Araşdırmalar göstərir ki, inkişaf etməkdə olan ölkələrin əksəriyyətində ÜDM-in 3–5%-i məhz bu yolla yenidən paylanır.

Digər tərəfdən, artıq “adi rüşvətxorluq” adlandıra bilməyəcəyimiz irimiqyaslı korrupsiya var. Bu, yüksək rütbəli məmurların analoji hərəkətləridir. Burada mənimsənilən vəsaitlərin miqyası dəfələrlə çoxdur. Üstəlik, bu vəsaitlər və onlarla bağlı fəaliyyət ölkənin sərhədləri xaricinə çıxır. Gəlirlər o qədər böyükdür ki, onları ölkə sərhədləri daxilində yatırmaq təhlükəsiz deyil. «Panama sənədləri», оfşor şirkətlər, xarici hesablar və daşınmaz əmlak da buradan qaynaqlanır. Korrupsiyanın bu növü qat-qat daha təhlükəlidir: o, ölkəni talayır, yoxsullaşdırır və vəsaitlərin mənasız israfına yol açmaqla ən yüksək səviyyədə idarəetmənin məntiqini təhrif edir.

Rusiyanın unikallığı korrupsiyanın miqyasında deyil, korrupsion vəsaitlərin dövriyyəsinin leqal görünməsindədir. Bu zaman qanunlar pozulmur. Çünki bu qanunların özünü də bilərəkdən zənginləşənlərin xeyrinə qəbul edirlər. YUKOS-un işini yadımıza salaq: “Yuqansknefteqaz” şirkətinin üzərində ölkə tarixində ən böyük vergi borcu var idi. Ancaq “Rosneft” bu şirkəti alanda o, məhkəmə qərarından şikayət etdi və qərar ləğv edildi.

RUSİYA QANUNLARI

Rusiya qanunlarına görə, baş nazirin müavini oliqarxa 5 milyon dollar kredit verib beş ildən sonra ondan 119 milyon dollar ala bilər. Qubernatorların qohumlarına məxsus şirkətlər büdcə kontraktlarını qanuni şəkildə alırlar. Bu insanların heç birinə korrupsiya ittihamı irəli sürülmür. Onlar əmindirlər ki, bu qanunidir. Ona görə də Duma heç zaman Konstitusiyanın 20-ci maddəsini (məmurların qeyri-qanuni varlanmasına görə cəzalanmaya dair) təsdiqləməyəcək.

Məmurların xalqın hesabına sistematik və daimi varlanması bu gün Rusiyadakı siyasi rejimin mahiyyətidir. Ona görə də, bu sistemin «boltları» həbs olunduqları zaman haqlı olaraq inciyirlər. O yerdə ki, hakimiyyət demokratiya və hüquqlara fokuslanıb, biz Avropa və Amerika modellərini görürük. O yerdə ki, hökumətin prioriteti texnologiya bazarıdır, biz Çin və neft əmirliklərinin inkişaf yollarını görürük. Rusiyada isə hakim dairələrin əsas məqsədi şəxsi varlanmadır. Ona görə də, ölkədə hər hansı inkişaf nəzərə çarpmır.

BƏS BU SİSTEMİN SONU NƏ ZAMAN ÇATACAQ?

Rusiyada yaradılmış sistem iki cəhəti ilə seçilir. Birincisi, o, heç bir yeni məhsul, yaxud xidmət istehsal etmir və dünyaya heç bir innovasiya təklif etmir. O, renta gəlirlərinin daimi axını hesabına yaşayır. Bu gəlirlərsə dayanmadan artmalıdır. Müəyyən vaxta qədər onlar doğrudan da artıb: 2000-2004-cü illərdə neft satışından gəlir 1999-cu illə müqayisədə ildə 33,5 milyard dollardan artıq idi. 2005–2008-ci illərdə bu göstərici ildə 223,6 milyard , 2011–2013-cü illərdə isə ildə 394 milyard dollar idi. Ancaq bu artım dayananda sistem onu nə ilə əvəzləyəcəyini bilmir. Bu gün təbii ehtiyatlardan gələn gəlirlərin xərclənməsindən başqa heç bir yeni çıxış yolu təklif olunmayıb. Ehtiyatlar bitəndən sonra hakimiyyətin fantaziyasını görmək maraqlı olardı. Ancaq həm də hökumət vətəndaşların gəlirlərini və sosial proqramları məhdudlaşdırmağa cəsarət etmir. Onların fikrincə, nə qədər ki, pul var, “xalqın susqunluğunu” təmin etmək gərəkir.

İkincisi isə, ölkənin iqtisadi sisteminin qeyri-effektivliyidir. Ölkənin sərvətlərinə “çıxış” və imkanları birbaşa ölkənin rəhbərliyinə “sədaqət” prinsipi ilə düz mütənasib idi. Özü də, sədaqət meyarları müəyyən edilirdi, ancaq mənimsənilən vəsaitlərin həcmi yox. Sonucda, mənimsənilən hissənin həcmi dayanmadan böyüyür, bəzi hallarda hətta 50%-ə çatırdı. Maraqlıdır ki, 2013-cü ildə yol tikintisinin dəfələrlə maliyyələşdirilməsinə baxmayaraq, ölkədə 2000-ci ildəkindən 2,5 dəfə az yeni yol çəkilib. Ancaq Moskva küçələrinin daş döşəməsini son illərdə üç dəfə dəyişiblər. Hələlik, hakimiyyətlə xalq arasında «ictimai saziş» mövcud sistemi dəstəkləyir.

ÖZÜNÜMƏHVİN QARŞISINI ALMAQ

Başqa sözlə, bütün digər norma və prinsipləri rədd edərək, məmur elitanın hər cür varlanmasını özünün əsas prinsipinə çevirmiş sistem bu gün maraqlı vəziyyətlə üz-üzədir: həmin varlanma dövlət və xalqın qarşısındakı hər hansı vacib məsələlərin həlli imkanını çıxdaş edir. Müəllif hesab edir ki, son aylarda gördüyümüz «korrupsiya» işləri təkcə sistemin daxilindəki fərqli klanlar arasında mübarizə deyil, həm də özünüməhvin qarşısını almaq cəhdidir. Ola bilsin ki, prezident və ətrafı hələ də vicdanlı bürokratların («texnokratların») talançıları hakimiyyətdən sıxışdırıb çıxaracağına inanır. Siyasi və inzibati elitanın daxilində kiçilməkdə olan «piroqun» bölünməsi uğrunda mübarizə kəskinləşəcək. Özü də bu müddətdə dövlətin get-gedə daha çox vəzifəsi yerinə yetirilməmiş qalacaq. Sistemin bunun öhdəsindən gəlib-gəlməyəcəyi isə bəlli deyil.

Yaranmış durumdan iki çıxış yolu var: Birincisi, imperiya iddialarından əl çəkərək Rusiyanı normal ölkə saymaq və sakitcə onun sərvətlərini talamağa davam etməkdir. Bu zaman sistemin ömrü xeyli uzana bilər. Bir də, əksinə, bütün dünyaya qarşı xəyali müharibəyə atılmaq, virtual layihələrə ayrılan real pulları bu yolda xərcləyib bitirmək, axırda da “qazanılmış” milyardların yatırıldığı yerlərə köçüb gözdən itmək olar. Ancaq hansı ssenarinin reallaşacağını bilmirik. Çünki Rusiyada yaranmış bu qrotesk sistem son yarım əsrdə inkişaf etmiş ölkələrin heç birində mövcud olmayıb. Ona görə də bizə, sadəcə, bu eksperimentin nə ilə bitəcəyini gözləmək qalır.

(azadliq.org)

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Suriya münaqişəsi: Əsəd Trump-ın “anti-terror müttəfiqliyinə” ümid edir

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: