Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
isgender-m.jpg

Rusiyanın Azərbaycana qarşı «raket oyunu»

«İsrail yaxın vaxtlarda Azərbaycana “Dəmir günbəz” raketdən müdafiə sistemini verəcək». Bu açıqlama ilə Milli Məclisin deputatı Yevda Abramov çıxış edib. O bildirib ki, həmin silah sistemi Azərbaycana yola salınmaq üçün artıq hazırdır. “Bu raketdən müdafiə sistemi “İsgəndər” raketlərinin yerə düşməsinə imkan verməyəcək” – Yevda Abramov 1.news.az-a bildirib.
Qeyd edək ki,  Ermənistan sentyabrın 21-də İrəvanda keçirilən hərbi paradda Rusiyadan aldığı “İsgəndər” operativ-taktiki raket komplekslərini nümayiş etdirib.
Bölgədə münaqişə vziyyətində olan iki dövlətin bu cür silahlanması nə vəd edir, hansısa qarşıdurma gözlənilirmi?
Politoloq Zərdüşt Əlizadə Bizimyol.info saytına açıqlamasında bildirib ki, bu proses Rusiya tərəfindən idarə olunur vəziyyət heç də şişirdildiyi qədər qədər kritik deyil. “Rusiyanın Ermənistana “İsgəndər” raketləri verməsi, bunun bəyan edilməsi və doğurduğu şərtlər göstərir ki, media və analitiklər hadisənin mahiyyətini tam dərk etmir. Çünki o raketlərdə nüvə başlığı yoxdursa, adi kaketdən başqa bir şey deyil. Hesab edin ki, yarımtonluq aviabombadır. Bu silah tərəflər arasında qüvvələr nisbətini dəyişmir. Tutaq ki, onu sürüyüb gətirdilər Qarabağa, oradan da atıb Bakıda hansısa obyekti vururlar və 7-8 evi dağıtdılar. Bəs sonra neynəyəcək Ermənistan? Bunun cavabı odur ki, Naxçıvandan birbaşa İrəvana zərbə endiriləcək. Cəmi 70 kilometr məsafədir. Yəni onlar üçün strateji hədəf 300 kilometrdədirsə, bizim üçün 70 kilometrdədir. Ümumiyyətlə, Azərbaycana «İsgəndər» raketləri lazım deyil. Çünki biz Rusiyadan da, İsraildən də kifayət qədər raketlər almışıq”.
Zərdüşt Əlizadə:  “İsgəndər” raketləri isə heç vaxt tətbiq edilməyəcək»
 
Z.Əlizadə qeyd edir ki, ümumiyyətlə, bunların hamısı nəzəri məsələlərdir. “Vəziyyət ondan ibarətdir ki, Qarabağ məsələsində nə Ermənistan, nə də Azərbaycan müstəqil deyillər. Müharibəni, münaqişəni də onlar aparmırlar. Münaqişəni yaradan da, inkişaf etdirib bu mərhələyə çatdıran da, donduran da, idarə edən də Rusiyadır. Münaqişənin başlanğıcından son aprel döyüşlərinə qədər baş verən bütün proseslər Rusiyanın fitvası ilə olub. Apreldən sonra Ermənistanda anti-Rusiya meylləri artanda səfeh erməni xalqına təskinlik vermək üçün ora “İsgəndər” raketlərini göndərib. Həmin  raketlər isə heç vaxt tətbiq edilməyəcək. Çünki müharibənin miqyasının genişlənməsi nəzəri cəhətdən Ermənistan üçün ölümə bərabərdir. Heç Rusiya da buna icazə verməyəcək. Necə ki, bizə də Rusiyadan, İsraildən alınan müasir silahlardan istifadəyə icazə verilmir”.
Politoloq əlavə edir ki, bölgənin silahlanmasına gəlincə, bu biznesdir. “Neftin qiyməti düşəndən sonra kasıblaşan Rusiya büdcəsini doldurmaq üçün silahlarını satmalıdır. Yəni sadə marketinq üsuludur. Ermənistana silahları guya kreditlə verir? Bilir ki, kasıb Ermənistanın pulu yoxdur, heç vaxt olmayacaq, o krediti də heç vaxt qaytarmayacaq. Faktiki olaraq o raketləri Ermənistana bağışlayır, bununla da Azərbaycanı vadar edir ki, ikiqat qiymətinə həmin raketlərdən alsın və Ermınistanın silahlarının pulunu kompensasiya etsin. Kənardan baxanda Qarabağ uğrunda mübarizə kimi görünən isə əslində, Rusiyanın geosiyasi və hərbi ağalığını möhkəmləndirmək üçün oynadığı oyundur” – deyə Z.Əlizadə bildirib.
Telman Əbilov: “Rusiyanın təsiri ilə Qarabağda lokal münaqişələr yaradıla bilər, amma müharibə mümkün deyil”
Hərbi ekspert Telman Əbilov da hesab edir ki, bölgədəki sürətli silahlanma planlı şəkildə Rusiyanın əli ilə edilir. “Məsələnin nəzarətdən çıxma ehtimalı hələlik yoxdur. Çünki həm Ermənistan, həm də Azərbaycan Rusiyanın güclü nəzarəti altındadır. Həmçinin Qərbin sanksiyaları ilə iqtisadi vəziyyəti pisləşən Rusiya silah alveri ilə vəziyyətini qismən yaxşılaşdırmaq istəyir.
Bir neçə il əvvəl də Rusiya Ermənistana müəyyən qədər silahlar verdi. Buna satmaq demək olmaz. Həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğu üçün, həm də Cənubi Qafqazda müttəfiqi olaraq sadəcə hədiyyə verir. Azərbaycana isə Ermənistan vasitəsilə təsir edir. Yəni Ermənistanı təhrik edir ki, silahları nümayiş etdirsin. Azərbvaycan da istər-istəməz müdafiə tədbirləri görməyə məcbur oldu və Rusiyadan xeyli silah aldı. Dəqiq rəqəm olmasa da 5-10 milyard arası rəqəmlər səsləndirilir. Bu silahların da nəticəsi aprel döyüşləri oldu. Həmin qarşıdurma Rusiyanın əli ilə baş verdi. Hər iki dövlətə silah satan Rusiya bir balaca Qərb yönümlü istiqamət götürən Ermənistanı cəzalandırmaq üçün Rusiyanın əli ilə Azərbaycanda bu silahlar işə salındı. 3-4 günlük döyüşlərdə hər iki tərəfdən itkilər oldu, sonra da Rusiyanın əli ilə müharibə saxlanıldı. May-iyun aylarında isə mətbuata yazılar sızdırıldı ki, Rusiya Ermənistana “İsgəndər” raketləri verib. Rəsmi şəkildə isə bunu inkar etdilər, Ermənistanın müstəqillik günündə isə paradda həmin silahları nümayiş etdirdilər. Yenə də Rusiyanın göstərişi ilə. Bununla da Azərbaycanı Rusiyadan silah almağa təhrik edirlər. 3-4 aydan sonra həmin o “İsgəndər” raketləri böyük pul qarşılığında Azərbaycana da veriləcək. Bununla da tarazlıq qorunacaq və bu dondurulmuş münaqişə qalacaq”.
Tərəflərin silahlanmasının müharibəyə səbəb ola biləcəyi ehtimalına gəlincə, ekspert bildirir ki, lokal münaqişələr mümkün olsa da, nə qədər ki, Rusiya bölgədə güc sahibidir, müharibə gözlənilən deyil. “Çünki istəsək də,  istəməsək də, proses Rusiya tərəfindən idarə olunur. Bunu obyektiv yanaşmalıyıq və “iqtidar Rusiya meylllidir” şəkilində dəyərləndirmək də doğru deyil. Biz hələlik Rusiyanın iradəsinin əleyhinə iş görə bilmərik. Bunu etsək, Gürcüstandan da pis günə qala bilərik. Gürcüstanın bir xoşbəxtliyi oldu ki, Qərb onları müdafiə etdi. Bizi isə Qər müdafiə etməyəcək. Ona görə də Azərbaycan balanslaşdırılmış siyasət yürütməyə çalışır. Düzdür, Qərb, xüsusilə də Amerika  Rusiyanı Cənubi Qafqazdan çıxarmaq məqsədilə həm Azərbaycana, həm də Ermənistana təsir etmək istəyir, amma onlar bunu hələlik bacarmayacaqlar. Çünki Rusiyanın bölgədə təsiri güclüdür və bu silahların verilməısi də bölgədə obyektiv müharibəyə aparmayacaq. Yenə də Rusiyanın təsiri ilə Qarabağda lokal münaqişələr yaradıla bilər, amma məsələnin müharibə yolu ilə köklü həlli üçün hər hansı tərəfin addım atması mümkün deyil” – deyə T.Əbilov bildirib.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Balığın da qiyməti qalxacaq

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: