“Rusiyanın aqressiv siyasəti davam edəcək”


Qabil Hüseynli: “Kremlin militarizm siyasəti bundan xəbər verir”

Məlum olduğu kimi, Rusiya Suriyada daimi hərbi dəniz donanması yaradacağını bəyan edib.
Maraqlıdır, Rusiyanın bu addımı hansı zərurətdən qaynaqlanır? Bu, regiona, xüsusilə də Suriya probleminin həllinə nə vəd edir?
Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli Rusiyanın aqressiv siyasətinin davam edəcəyini vurğulayıb:
“Rusiyanın Suriyadakı hərbi bazası Tartus limanında yerləşir. Bu baza sovet dönəmindən mövcuddur. İndi isə bu baza sadəcə olara genişləndirilir. Onun yaxınlığında hərbi hava qüvvələri üçün yeni bazanın bünövrəsi qoyulub. Rusiyanın xüsusi təyinatlılarının və HHQ üçün geniş uçuş zolağına malik baza yaradılıb. Bura “S-300”, “S-400″ və digər raketlər yerləşdirilir. Rusiya burada militarisləşmiş zona yaradır. Bu isə region üçün ciddi təhlükə vəd edir. Rusiyanın militarizm siyasəti onun aqressiv siyasətinin davam edəcəyi anlamına gəlir”.

Hakimiyyət Eldar Mahmudovu həbs edə biləcəkmi?

Sonrakı Yazı »

Rusiya Ermənistana zirehli texnika göndərir

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: