Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Rusiyanın 10 ən zəngin ailəsinin siyahısı açıqlandı

“Forbes” jurnalı artıq üçüncü ildir ki, Rusiyanın ən zəngin sülalələrinin reytinq siyahısını dərc edir.

Rusiyanın ən zəngin ailələrinin builki siyahısında ilk yeri indiki adı “Safmar” olan “BİN” qrupunun yaradıcısı Mixail Gutseriyevin ailə klanı tutub.
Bir il əvvəl də bu ailə siyahıda birinci yerdə idi. “Forbes”un dəyərləndirməsinə görə, ailənin varidatı bir il ərzində 2,5 dəfə artaraq 9,8 milyard dollara çatıb.
Ailəyə Mixail Gutsariyevin özü, onun kiçik qardaşı Sait-Salam Gutsariyev və bacısı oğlu Mixail Shishkhanov daxildir. Milyarderlər bankları, təqaüd fondlarını, developer və neft şirkətlərini satın alıblar. “Forbes” yazır ki, Gutseriyevlər bu sövdələşmələrdən ötrü gərəkən kapitalı xaricdə toplanmış rezervdən əldə ediblər.
SİYAHIYA YENİ GƏLƏNLƏR VAR
İkinci yerin sahibi isə ötən ilki kimi yenə də Rotenberglər ailəsidir. “Forbes” onların varidatının 2,8 milyard dollar dəyərində olduğunu yazır. Ailəni Arkadiy Rotenberq, oğlu İqor və qardaşı oğlu Roman təmsil edirlər. Arkadiy Rotenberqin şirkəti məşhur Kerç körpüsünün (Rusiyanın Ukraynadan ilhaq etdiyi Krım yarımadasını Rusiyaya birləşdirəcək çoxmilyonlu körpü-red.) tikintisi ilə məşğuldur.
Reytinq cədvəlində üçüncü yeri 2,8 milyard dollarla Aleksey və Dmitriy Ananyev qardaşları tuturlar. Onlar iki iri bankın, “Texnoserv” sistem inteqratorunun, “Promsvyaznedvijimost” developer şirkətinin və iki mətbəənin sahibidirlər.
2.4 milyard dollarla dördüncü yerə çıxmış ata və oğul Shamalovlar isə siyahıda yenidirlər. Kiçik Shamalovun varidatının əsasını “Sibur” neft-kimya şirkətindəki payı təşkil edir. O, şirkətin səhmlərinin 21,3%-nin sahibidir.
18 MİLYARDDAN 25 MİLYARDA
Ötən illə müqayisədə ilk onluğun varidatı 18 milyarddan 25 milyard dollara qədər, başqa sözlə, təqribən 40% artıb.
Reytinqin ilk onluğuna həmçinin Tatarıstan prezidentinin oğulları Ayrat və Radik Shaimiyevlər (toplam varidatları 1,7 milyard dollar), Sergey və Nikolay Sarisov qardaşları (1,4 milyar dollar), Musa Bajayev, qardaşı Mavlit və qardaşı oğlu Deni (1,25 milyard dollar), Ruslan, Megdet və Timur Rakhimkulovlar (1,2 milyar dollar), Magomed və Ziyaudin Magomedov qardaşları (1,15 dollar), Zalomkhan Mutsoyev, qardaşı Amirkhan Mori və oğulları Alik və Amiran (950 milyon dollar) daxildir.
azadliq.org

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Rusiyanın və Türkiyənin Baş Qərərgah rəisləri Ankarada görüşəcəklər

%d bloqqer bunu bəyənir: