Rusiyanı qıcıqlandıran təlimə Türkiyə də qatılır


Polşada keçiriləcək Anakonda-2016 təlimində Türkiyə də iştirak edəcək.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahı məlumat yayıb.

Baş Qərargahın məlumatında qeyd edilir ki, Anakonda-2016 təlimi Polşa Silahlı Qüvvələrinin ev sahibliyi altında strateji, operativ və taktiki səviyyədə 06-17 İyun 2016 tarixləri arasında keçiriləcək. Türkiyənin də faktiki olaraq iştirak etdiyi təlimin məqsədi iştirakçı ölkələrin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlıq qurmaq və inkişaf etdirməkdir. Sözügedən təlimdə Türkiyə ilə birgə 24 ölkə iştirak edir.

Qeyd edək ki, təlimdə 18 NATO üzvü və 5 “Sülh naminə əməkdaşlıq” proqramının üzvü olan ölkədən 31 min hərbçi iştirak edəcək. 7 iyunda başlayacaq təlim 17 iyunda başa çatacaq. Təlimə həmçinin 3 min hərbi texnika, 105 təyyarə və vertolyot, eləcə də 12 hərbi gəmi cəlb olunacaq.

Büdcə talançısı Vidadi Zeynalov azadlığa buraxılır – PİAR ELDAR MAHMUDOVDAN GƏLİR

Sonrakı Yazı »

Savchenko: “Sülh danışıqlarına hazıram”

%d bloqqer bunu bəyənir: