Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Rusiyalıların yarıdan çoxu Azərbaycanı dost ölkə hesab edir – SORĞU NƏTİCƏLƏRİ

Rusiyalıların çoxu Azərbaycanı “dost ölkə” kimi görür, aprel ayında keçirilmiş sorğunun nəticələri göstərir. İctimai Rəy Fondunin (FOM) apardığı sorğuda iştirak edənlərin 53 faizi hesab edir ki, Azərbaycan Rusiyaya dostdur.

Virtualaz.org BBC-yə istinadən xəbər verir ki, 13 faiz rusiyalı Azərbaycanı “qeyri-dost” ölkə hesab edir.

2011-ci ildə Azərbaycanı dost hesab edənlər 51 faiz təşkil edirdi.

Rusiyalıların hər beşindən dördü hesab edir ki, Ukrayna “qeyri-dost” ölkədir. 2011-ci ilin mart ayında aparılan sorğuda rusiyalıların 27 faizi Ukraynanı “qeyri-dost” hesab edirdi. Hazırda isə belə hesab edən respondetlərin sayı artaraq 81 faizə çatıb.

Rusiyalıların yalnız 6 faizi Ukraynanı dost hesab edir – 2011-ci ildə bu rəqəm 48 faiz idi.

Sorğuya görə, Rusiyaya “qeyri-dost” olan digər qonşu ölkələr bunlardır: Latviya, Litva, Estoniya, Gürcüstan, Moldova.

Qazaxıstan, rusiyalıların 77 faizinin rəyinə görə, dost ölkədir. Daha sonra Belarus, Qırğızıstan və Ermənistan, Özbəkistan, Tacikistan, Azərbaycan, Türkmənistan gəlir.

Sorğu 2000 rusiyalı arasında aparılıb.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Astroloji proqnoz – 31 may

%d bloqqer bunu bəyənir: