Loading...
Loading...

Rusiyalı turistlər azərbaycanlı oliqarxın biznesini xilas edirlər

Azərbaycanlı iş adamı Telman İsmayılova məxsus, Antalyadakı “Mardan Palace” otelindəki bütün yerlər sayılı günlər ərzində rusiyalı turistlər tərəfindən iki ay sonraya kimi tutulub.

Virtualaz.org-a otelin meneceri Çetin Pehlivanın bildirdiyinə görə, böhranlı şəraitdə bütün ümidlər məhz rusiyalı turistlərə bəslənirdi və gözləntilər özünü doğruldub: hesablamalara görə, tezliklə bütün zərər ödəniləcək və otel qazanmağa başlayacaq.

“Rusiyalı turistlər üçün xüsusi təkliflərimiz var idi və bu işə yaradı. Booking sistemi ilə otelin nömrələri məhz onlar tərəfindən tutuldu. Yaxın günlərdə Rusiyadan ilk çarter reysini gözləyirik”, – Pehlivan deyib.

Rusiya turizm şirkətlərinin dövriyyəsinin 35%-ni bu günlərdə Türkiyə istiqaməti zəbt edib. “OnlineTur” şirkətinin nümayəndəsi İqor Blinovun sözlərinə əsasən, əgər ötən həftənin cümə günü Türkiyə istiqamətinin payı bütün təkliflər arasında 6,7% idisə, şənbə günü bu göstərici 38,8%, bazar günü isə 35,6% təşkil edib.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“Çalışacam ki, hökumət əlimdən aldığı o bir il yarımın hesabını ödəsin”

Loading...
%d bloqqer bunu bəyənir: