Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Rusiyalı həmsədr Qarabağla bağlı açıqlama verdi

“Dağlıq Qarabağ danışıqlar masası arxasına qayıtmalıdır”. ANS PRESS-in məlumatına görə, bu sözləri ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Popov bildirib.

“Danışıqların hazırkı mərhələsində qarabağlılar formal olaraq iştirak etmirlər. Ancaq Ermənistanda, Azərbaycanda, həmçinin Dağlıq Qarabağın özündə aparılan danışıqlarda bu məsələyə çox böyük diqqət yetirilir. Güman edirəm ki, müəyyən bir mərhələdə, məsələn, çərçivə razılaşması əldə ediləndən sonra qarabağlılar danışıq masası arxasına qayıtmalıdırlar”, – deyə İqor Popov bildirib.

İqor Popov

Ötən gün ABŞ-ın dövlət katibi Con Kerri Azərbaycan və Ermənistanın rəhbərlikləri ilə Dağlıq Qarabağda zorakılığın azaldılması üzrə yolların öyrənilməsində maraqlı olduğunu qeyd edib. Bu barədə ABŞ dövlət departamentinin nümayəndəsi Con Kirbi keçirilən brifinqdə bildirib.

ABŞ dövlət departamenti nümayəndəsinin sözlərinə görə, Con Kerri Dağlıq Qarabağda gərginliyi azaltmaq üçün daha yaxşı yolları müzakirə etmək istəyir.

“ABŞ üçün tərəflərin dialoq qurması, atəşin dayandırılması haqqında sazişə riayət etməsi və hərtərəfli razılaşma üzərində işlərin aparmasını görmək vacibdir”, – deyə Con Kirbi bildirib.

Aprel ayının əvvəllərində baş verən 4 günlük müharibədən sonra Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Avstriyanın paytaxtı Vyanada görüşüb. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri, ABŞ dövlət katibi Con Kerri, Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro iştirak ediblər.

Prezidentlər görüşdə üz-üzə əyləşiblər. Prezidentlər və nazirlər görüşdən əvvəl jurnalistlərə açiqlama verməyiblər. Prezidentin mətbuat katibi Azər Qasımovun verdiyi məlumata görə, görüşdə söhbət ilk növbədə atəşin dayandırılması və erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması prosesinin perspektivi barədə olacaq.

Ermənistan Xarici İşlər Nazirliyinin görüşə qədər verdiyi məlumata görə, onların bu görüşdən gözləntisi 1994-cü il atəşkəs razılaşdırmasının möhkəmləndirilməsidir. Prezident İlham Əliyev bu toplantıdan əvvəl Avropa diplomatiyasının rəhbəri Federika Mogerini və ABŞ dövlət katibi Con Kerri ilə görüşüb. Prezidentlərin bundan əvvəlki görüşü isə keçən il 19 dekabrda Berndə keçirilmişdi. Görüş nəticəsiz başa çatmışdı.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Ermənistan Müharibəyə hazırlaşır

%d bloqqer bunu bəyənir: