Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Rusiyalı fəala “xarici agent” ittihamı

Rusiyada insan haqları fəalı ziddiyyətli “xarici agentlər” qanununa əməl etməməkdə ittiham olunur. Tənqidçilər bunu Kremlin vətəndaş cəmiyyətinə təzyiqlərinin bir hissəsi sayır.

“Human Rights Watch” insan haqları təşkilatı bildirir ki, iyunun 27-də Rostov-na-Don vilayətinin rəhbərliyi Valentina Cherevatenko-ya bildiriş göndərib. O, 2012-ci ildə qəbul edilmiş qanunun tələblərini pozmaqda ittiham olunur.

Cherevatenko Mülki Cəmiyyətin İnkişafı uğrunda Qadınların Don Fondunun sədridir.

İttihamlar sübuta yetirilsə, Cherevatenko 2 illiyə məhkum edilə bilər.

Human Rights Watch-dan Hugh Williamson deyib ki, “Valentina Cherevatenko-ya qarşı iş insan haqları fəalına qarşı bu qanun çərçivəsində açılmış ilk cinayət ittihamıdır”.

Rusiya parlamenti 2012-ci ildə qeyri-hökumət təşkilatlarının “xarici agentlər” kimi qeydiyyatdan keçməsini tələb edən qanun qəbul edib. QHT “siyasi fəaliyyət”lə məşğulsa və xaricdən maliyyə alırsa, Ədliyyə Nazirliyində qeydiyyatdan keçməlidir.

2014-cü ilin iyunundan bəri 133 təşkilat “xarici agent” adlandırılıb.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Əli Xamenei İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisini dəyişdi

%d bloqqer bunu bəyənir: