Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Rusiyalı ekspert Azərbaycanı və Türkiyəni hədələdi

Moderator.az xəbər verir ki, Moskva siyasi və hərbi analizlər mərkəzinin direktor müavini, hərbi ekspert Aleksandr Xramçixin erməni jurnalistin suallarını cavablandırıb. Müsahibə zamanı Xramçixin “İsgəndər” raketlərinin Ermənistana verilməsinin regionda hərbi-siyasi vəziyyətin sürətlə Ermənistanın xeyrinə dəyişdiyini xüsusi vurğulamaqla təkcə Azərbaycanı deyil, Türkiyəni də hədəfə alan fikirlər səsləndirib.

Jurnalistin Ermənistan “İsgəndər”lərinin hədəfi hara ola bilər sualına rusiyalı ekspert “ilk növbədə Azərbaycan, onun istənilən nöqtəsi, amma Türkiyə də mişen ola bilər. Türkiyə Rusiya ilə barışsa da bizim strateji mütəffiqimiz deyil,əksinə çoxəsrlik düşmənimizdir” ifadələrini işlədib. Azərbaycanın adekvat raket alması məsələsinə də toxunan ekspert, belə bir silahın bənzərinin olmadığını, yalnız Pakistan istehsalı raketlərin alınmasının mümkünlüyünü qeyd edib.
Türkiyənin “İsgəndər” raketləri ilə bağlı Rusiyaya hər hansı bir rəsmi etirazı bu günə kimi səslənməyib və bu təəccüblüdür. Çünki Türkiyənin aktiv etirazı raket kompleksinin bölgədən tamamilə çıxarılmasına da gətirib çıxara bilər. Azərbaycan diplomatiyasının bu istiqamətdə çevik addımlar atması və qardaş ölkə ilə birgə tədbirlər planı işləməsi işin yalnız xeyrinə ola bilər.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Siyavuş Novruzov referendumdan danışdı

%d bloqqer bunu bəyənir: