Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Rusiyadan qaz açıqlaması: “Türkiyə razılaşdı”

Türkiyə şirkətləri əvvəlki səviyyədə qaz alışını davam etdirəcəklər. Satış əvvəlki qiymətə olacaq.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın “Qazprom” şirkətinin sədr müavini Aleksandr Medvedyev məlumat verib.

Medvedyev Türkiyənin BOTAŞ və özəl şirkətlərinin qazın miqdarını əvvəlki ölçüdə və köhnə qiymətdən alacaqlarını bildirib.

BOTAŞ-ın qiymətlərlə bağlı araşdırma tələb etdiyini xatırladan Medvedyev, “Mənə qalsa, bu məsələni məhkəmədə yox, öz aramızda həll etsək, həm bizim, həm də BOTAŞ üçün daha münasib olar,” – deyib.

Qeyd edək ki, tərəflər arasında təbii qazın qiymətində 10,25 faiz endirim edilməsi barədə danışıqlar aparılmışdı. Su-24 böhranından sonra Rusiya tərəfi bu güzəşti ləğv etdi və Türkiyəyə nəql edilən qazı 50 faizə yaxın azaltdı.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Prezident postunu 1 milyard dollara aldı – ŞOK İDDİA

%d bloqqer bunu bəyənir: