Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Rusiyadan İrəvanda Qarabağ açıqlaması: “Tezliklə…”

Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı növbəti dəfə açıqlama verib. ANS PRESS-in məlumatına görə, İrəvanda olan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, rəsmi Moskvanın Dağlıq Qarabağ münaqişəsi məsələsində bir mövqeyi var – Dağlıq Qarabağ münaqişəsini tezliklə həll etmək.

Zaxarova bildirib ki, Rusiya münaqişənin nizamlanmasında real irəliləyişə nail olmaq üçün böyük səylər göstərir.

Daha sonra Prezidentlərin növbəti görüşü barədə suala cavab verən Rusiya XİN-in rəsmisi deyib ki, münaqişə tərəfləri özləri bu məlumatı təqdim etməlidirlər.

“Mən deyə bilərəm ki, Rusiya tərəfinin mövqeyi bir məqsədə yönəlib – tezliklə bu münaqişəni sülh yolu ilə həll etmək. Və biz bunun üçün əlimizdən gələni edirik”, – deyə Mariya Zaxarova bildirib.

Rusiyanın Sankt-Peterburq görüşünü keçirməklə münaqişənin nizamlanmasını öz əlinə almaq istədiyi barədə fikirlə Zaxarova razılaşmadı: “Bütün həmsədrlərə görüş barədə lazımınca məlumat verilib”.

Daha əvvəl bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Xarici İşlər Nazirləri Şurasının İrəvanda keçirilən toplantısında Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat qəbul edilib.

Dağlıq Qarabağ münaqişə zonasında gərginliyin azaldılması, vəziyyətin stabilləşdirilməsi və sülh prosesinin irəliləməsini nəzərdə tutan şəraitin yaradılmasına dair 16 may Vyana və 20 iyun Sankt-Peterburq sammitlərində əldə edilmiş razılaşmalara dəstəyimizi ifadə edirik.

Dağlıq Qarabağ probleminin istisnasız olaraq sülh yolu ilə həlli zərurətini təsdiqləyərək biz ATƏT-in Minsk qrupu ölkələrinin münaqişənin beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi, Helsinki Yekun Aktında əksini tapan güc tətbiq etməmək və güclə hədələməmək, ərazi bütövlüyü, xalqların öz müqəddəratını həll etmək prinsipləri əsasında həlli cəhdlərini alqışlayırıq”, – deyə bəyanatda bildirilir.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Xədicə İsmayıl kompensasiya tələbinə cavab alıb

%d bloqqer bunu bəyənir: