Now Reading:
Rusiyadan gözlənilməz Türkiyə açıqlaması: “Hazırıq…”
Full Article 30 second read

Rusiyadan gözlənilməz Türkiyə açıqlaması: “Hazırıq…”



Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (Rosselxоznadzor) Türkiyəyə tətbiq olunan embarqonun ləğv edilməsinə hazır olduğunu açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə qurumun nümayəndəsi Yuliya Melano məlumat verib.

Onun sözlərinə görə, Rusiyanın əsas tələbi Türkiyənin bitki təhlükəsizliyi ilə bağlı proseduru sürətləndirməsidir. Məhz bundan sonra embarqo ləğv olunacaq:

“İxrac edilən məhsulların sağlam olması üçün çalışan türk səlahiyyətlilər təəssüf ki, Rusiyanın tələblərini tam olaraq yerinə yetirməyib. Bu gün türk həmkarlarımızdan bu addımı atmağı gözləyirik. Yalnız bundan sonra texniki qadağanı aradan qaldıra bilərik”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: