Loading...
Loading...

Rusiyadan Azərbaycana mənfi təsir

Rusiya iqtisadiyyatındakı resessiyanın yaxın iki ildə MDB ölkələrinin müstəqil kredit reytinqinə neqativ təsir göstərəcəyi ehtimal edilir.

«Report» bu xəbəri «Moody’s» beynəlxalq reytinq agentliyinin hesabatına istinadən yayıb.

«Recessus» latın dilində geriləmə deməkdir. Bu termin iqtisadi artım templərinin zəifləməsini və istehsalın çox da kritik olmayan həddə aşağı düşməsini bildirir.

Xəbərdə qeyd edilir ki, MDB-nin 9 ölkəsindən 5-də neqativ iqtisadi proqnoz qalmaqda davam edəcək və bu, onların gələcək suveren reytinqinin azaldılmasına səbəb ola bilər.

Agentliyin eksperti Kristin Lindow düşünür ki, MDB ölkələrinin iqtisadiyyatı, maliyyə sektoru və büdcələrinin neft qiymətlərindən asılılığı davam edəcək: «Bu da yaxın iki il ərzində onların suveren reytinqlərinin artımını əngəlləyəcək».

Mənfi proqnozların verildiyi ölkələr arasında Azərbaycanın da yer aldığı bildirilir.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

12 bank və Mərkəzi Bank dollar aldı

Loading...
%d bloqqer bunu bəyənir: