Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
Russia, Moscow, type to  Moscow Kremlin and the river

Rusiyadan Ərdoğanın “Şanxay” qərarına – Reaksiya

Rusiya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq istəyini alqışlayır.

Dumanın Müdafiə Komitəsinin üzvü Aleksey Puşkov Tvitter hesabında məsələyə münasibət bildirərək bunu olduqca məntiqli addım adlandırıb:

“Türkiyənin ŞƏT-ə üzvlüyü Ərdoğan üçün məntiqli bir addım olardı. Bu təşkilat Avropa Birliyindən fərqlidir və onun yerinə keçə bilməz. Ancaq birlikdən fərqli olaraq ŞƏT üzvləri tamamilə müstəqildir”.

Xatırladaq ki, Pakistan və Özbəkistan səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandıran Ərdoğan AB ilə danışıqların ləğv ediləcəyi xəbərdarlığını edib:

“Breksit” mənə görə gözəl bir hadisə oldu. Yəni Avropada digər ölkələr də bu yolu seçə bilər. Fransadan, İtaliyadan artıq bu tip fikirlər səslənir.

Bəziləri tənqid edə bilər, ancaq mənim fikrim Şanxay Əməkdaşlıq Təşkilatıdır. Niyə də olmasın? Bunu cənab Putin və Nazarbayevə də dedim. 5 ölkənin iştirakı ilə qurulan bu təşkilata sonradan Özbəkistan, Pakistan, Hindistan kimi ölkələr də daxil oldu. İran da daxil olmaq istəyir. Cənab Putin “bunu müzakirə edirik”, – dedi. Ümid edirəm ki, Türkiyənin təşkilata üzvlüyü ölkəmizə əlavə üstünlük qazandıracaq”.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Türkiyə prezidentinin müşaviri Azərbaycana səfər edib

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: