Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Rusiyada polisi öldürən azərbaycanlı 24 il iş aldı

Rusiya paytaxtında polisi qətlə yetirmiş Azərbaycan vətəndaşına hökm oxunub.24saat.org  saytı APA-nın Msokva müxbirinin verdiyi məlumata görə, 22 yaşlı polis serjantı Andrey Bannovu qətlə yetirməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı 26 yaşlı Nemət Rəşidov məhkəmənin qərarı ilə 24 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəi 2015-ci il mayın 27-də baş verib. Nemət Rəşidov iki nəfərlə birlikdə Moskvanın cənubunda yerləşən valyuta terminalını oğurlayaraq “Qazel” markalı yük maşınına qoyub və qaçırıb.

Moskva Dairəvi avtomobil yolunda polis N. Rəşidovun avtomobilini saxlayıb. Bu zaman N. Rəşidov avtomobilindən düşərək yaxınlıqdakı meşəyə qaçıb. Polis serjantı Andrey Bannov onu yaxalamaq istəyərkən N. Rəşidov polisə bıçaqla xəsarət yetirib. Xəsarətlərdən polis serjantı hadisə yerində ölüb.

 

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 28-29 tarixlərində N. Rəşidov və onun iki silahdaşı yaxalanıb. N. Rəşidov ifadəsində polisi öldürmək fikrində olmadığını deyib.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

İŞİD-ə qarşı Azərbaycan bayraqlı əməliyyat

%d bloqqer bunu bəyənir: