24 saat

Rusiyada polisə rüşvət təklif edən azərbaycanlı azadlıqdan məhrum edildi


Rusiyanın Pskov vilayətinin Palkino rayon məhkəməsi Azərbaycan vətəndaşını YPX əməkdaşına rüşvət verməkdə təqsirli bilib.

O, polisə rüşvət verərək nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinə dair icbari sığortanın olmaması üçün cəzadan yayınmaq istəyib.

Rusiya KİV-i xəbər verir ki, 2015-ci il iyunun 16-da müttəhim, Palkino rayonunun Vasilyevo kəndində yerləşən mağaza yaxınlığında yol polisinin avtomobilinin salonunda olarkən Yol patrul xidmətinin inspektoruna 500 rubl (11 manat) məbləğində rüşvət təklif edib.

Məhkəmə ona cəzasını ümumi rejimli koloniyada çəkməklə 4 ay müddətinə azadlıqdan məhrum edib və 25 min rubl (570 manat) məbləğində cərimə edib.

Şikayət etmək üçün müttəhimin 10 gün vaxtı var.(oxu.az)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: