Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Rusiyada oğurlanan telefon Göygöldə tapıldı: Detektiv kimi olay – FOTOLAR

Rusiyanın Sankt-Peterburq şəhərində oğurlanan telefon Azərbaycanda tapılıb. Qaynarinfo.Az aznews.az-a istinadən xəbər verir ki, bu barədə telefonu sahibi Vadim Voiçenko adlı şəxs sosial şəbəkədə yazıb. 

Voiçenko iddia edir ki, telefonunu 2 ay öncə taksi fəaliyyəti ilə məşğul olduğu zaman itirib. Uzun müddət axtarsa da, onu tapmağa müvəffəq olmayıb. Lakin telefonunun izinə düşən Vadim onun harada olduğuna dair məlumat əldə edib.

Belə ki, telefonun yeni sahibləri onun yaddaşında Vadimə məxsus emaili silməyi unudublar. Yeni fotolar çəkildikcə isə şəkillər Voiçenkonun email yaddaşına yüklənib. Bununla da Rusiya vətəndaşı telefonunun kimdə olduğunu müəyyən edib. Telefonda açıq qalan GPS vasitəsilə ilə Vadim Voiçenko ailənin harada yaşadığını müəyyən edib. Telefonu oğurlanan şəxs iddia edir ki, həmin ailə Azərbaycanın Göygöl rayonunda yerləşən Səmədli kəndində yaşayır.

Vadim paylaşım etdikdən sonra azərbaycanlı istifadəçilər ona telefonu tapmaq üçün yardım da təklif ediblər. Lakin Vadim telefondan əlini üzdüyünü, sadəcə maraq xatirinə paylaşım etdiyini bildirib.

Göygöldə yaşadığı iddia olunan ailənin fotolarını təqdim edirik.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Türkiyədə növbəti PKK terroru: 5 əsgər öldü, 8-i yaralandı

%d bloqqer bunu bəyənir: