Loading...
Loading...

Rusiyada helikopter qəzası baş verib, üç nəfər ölüb

Rusiyanın Kamçatka vilayətində “Robinson-44” helikopterinin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Kamçatka Vilayəti üzrə Baş İdarəsinin məlumatında deyilir.

Qəzanın baş verdiyi ərazidə 3 nəfərin cəsədi tapılıb. Axtarışlar davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən onu da əlavə ediblər ki, bu model helikopter 4 nəfər yerlikdir.

Kamçatka regional axtarış-xilasetmə bazasından bildirilib ki, helikopterin uçuş üçün qeydiyyatı olmayıb.

Qəza ilə əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

(apa)

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

1 saat ərzində Hələbə 60 raket atılıb

%d bloqqer bunu bəyənir: