Now Reading:
Rusiyada deputatlığa namizəd azərbaycanlı iş adamı həbs oluna bilər – SƏBƏB
Full Article 40 second read

Rusiyada deputatlığa namizəd azərbaycanlı iş adamı həbs oluna bilər – SƏBƏB



Rusiya İstintaq Komitəsi Sankt-Peterburqda yerli qanunverici orqanın deputatı Səyad Əliyevin evində axtarışa başlayıb.

24saat.org Rusiya KİV-nə istinadən xəbər verir ki, axtarışlar Azərbaycan əsilli iş adamının etnik cinayətkar dəstə yaratması ehtimal ilə bağlı aparılır.

 

Məlumatda bildirilir ki, Leninqrad vilayətinin “Vodokanal” idarəsinin rəhbəri  olan Səyad Əliyev Sofiysk küçəsində yerləşən meyvə-tərəvəz bazasında cinayətkar qruplaşmalarla bağlı iş çərçivəsində şübhəli şəxs olub.

 

Xatırladaq ki, iyunun 20-də Sankt-Peterburq bazarında 27 yaşlı Azərbaycan vətəndaşı Emil Hüseynov 43 yaşlı biznesmen Maarif İsmayılovu güllələyərək qətlə yetirmişdi.

 

Səyad Əliyev 1967-ci il martın 27-də Cəlilabad rayonunun Zopun kəndində anadan olub. Biznes strukturları da olan Səyad Əliyev 2016-cı ildə Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə namizədliyini irəli sürmüşdü.

 

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: