Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Rusiyada daha bir terror aktının qarşısı alındı

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) bu gün Krasnoyarskda ictimai nəqliyyatda terror aktının qarşısının alınmasına dair məlumat yayıb. Cinayəti beynəlxalq terrorizmlə əlaqəsi olan Mərkəzi Asiya vətəndaşları hazırlayıblar.

RİA Novosti bildirir ki, FTX-dən saxlanılan şəxslər haqqında məlumat verilmir.

Məlumata görə, xüsusi xidmət əməkdaşları şübhəli şəxslərdən “terrorçu fəaliyyət vasitələrini” müsadirə ediblər.

“Mayın 6-da Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Krasnoyarskda may bayramları dövründə ictimai nəqliyyatda terror aktına hazırlığın qarşısı alınıb. Beynəlxalq terrorizmlə əlaqəsi olan Mərkəzi Asiya ölkələrinin vətəndaşlarından ibarət qrup saxlanılıb”, – agentlik Xidmətin məlumatından sitat gətirib.

Virtualaz.org xatırladır ki, mayın 4-də Moskvada keçirilən əməliyyat zamanı 12 nəfərlik dəstə saxlanılmışdı. Bayram günləri terror aktları planlaşdıran həmin dəstədən çoxlu miqdarda silah-sursat, partlayıcılar götürülmüşdü.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Dünyanın ən dərin yerindən canlı yayım başladı – CANLI YAYIM

%d bloqqer bunu bəyənir: