Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Rusiyada cinayət törətmiş 28 yaşlı azərbaycanlı axtarışa verilib

Rusiyanın Kirov vilayətində ağır cinayət törətməkdə şübhəli bilinən 28 yaşlı şəxs axtarışa verilib.

Bu barədə Rusiyada Daxili İşlər Nazirliyinin Kirov vilayəti üzrə İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan əsilli Tural Şahin oğlu Əlirzayev qəsdən sağlamlığa ağır zərər yetirməkdə (Cinayət Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsi) şübhəli bilinir. O, istintaqla əməkdaşlıqdan imtina edib və hüquq-mühafizə orqanlarından gizlənib. Azərbaycanlını 2 saylı şəhər Polis şöbəsinin əməkdaşları axtarışa veriblər.

Kirov polisindən bildirilib ki, onun harada olması barədə məlumat verən şəxs mükafatlandıralacaq.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Bakıda yol polisi vətəndaşa gülməli bildiriş göndərdi – Video

%d bloqqer bunu bəyənir: