Rusiyada azərbaycanlılarla dağıstanlılar arasında atışma – FOTO

Sankt-Peterburqda dağıstanlılar və azərbaycanlılar arasında kütləvi dava olub.

ANS PRESS-in Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, dava zamanı odlu silahdan istifadə olunub. Rusiya Daxili İşlər Nazirliyinin Leninqrad vilayəti üzrə şəhər idarəsindən verilən məlumata görə, insident aprelin 28 saat 16:00-da qeydə alınıb. Sankt-Peterburqun “Vasilyevski ostrov” adlanan ərazisində Dağıstandan və Azərbaycandan olan şəxslər odlu silahlardan atəş açıblar. Hadisə zamanı iki nəfər saxlanılıb.

Qarşıdurmanın hansı səbəbdən baş verdiyi hələlik naməlumdur. Hazırda polislər insidentin səbəbini araşdırırlar. İlkin məlumata görə, heç kim xəsarət almayıb.

Hadisənin fotoları “VKontakte” sosial şəbəkəsində yayılıb.

Loading...

Politoloqdan ŞOK – “Həmin erməni Azərbaycandadır”

Sonrakı Yazı »

Putinin xəyalı gerçək olur

%d bloqqer bunu bəyənir: