Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Rusiyada 9 il həbsə məhkum edilən azərbaycanlıya daha bir hökm

Rusiyanın Voronej şəhər məhkəməsi Rəşad İsmayılov adlı azərbaycanlıya 900 min rubl (20 min 340 manat) pul cəzası kəsib. ANS PRESS-in məlumatına görə, Rəşad İsmayılov bu vəsaiti “Praqa” kafesində qətlə yetiridiyi gəncin anasına ödəməlidir.

Azərbaycan vətəndaşı Rəşad İsmayılov 9 dekabr 2013-cü ildə kütləvi dava zamanı narkotik maddənin təsiri altında bıçaqla bir neçə nəfərə ağır zərbələr endirib.

Dava zamanı yaralananlardan biri isə dünyasını dəyişib. 2015-ci ilin iyulunda isə İsmayılov cəzasını ciddi rejimli cəazaçəkmə müəsisəsində keçirməklə 9 il azadlıqdan məhrum edilib.

Həlak olan gəncin anası şikayət ərizəsi ilə məhkəməyə müraciət edib. Məhkəmə anaya dəymiş mənəvi ziyana görə 700 min rubl maddi ziyana görə isə 200 min rubl ödənilməsinə qərar verib.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Ərdoğandan Merkelə “erməni soyqırımı” xəbərdarlığı

%d bloqqer bunu bəyənir: