Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Rusiya yeni təhlükələr yaradacaq – ”El Pais”

Rusiya prezidenti Vladimir Putin ölkəsini qızğın silahlanmaya kökləyib.

Axar.az xəbər verir ki, bu sözlər İspaniyanın “El-Pais” qəzeti Putinin ABŞ-ın Rumıniyada raket əleyhinə müdafiə sistemi yerləşdirməsinə sərt mövqeyi ilə bağlı hazırladığı məqaləsində əksini tapıb.

“Göründüyü kimi, Putin ölkəsini qızğın silahlanmaya kökləyib. O, köməkçiləri ilə birgə yenidən silahlanmanın yollarını axtarır. Rusiyanın vəziyyəti təəssüf ki, yaxşılaşmır, daha da pisləşir, ancaq yenə də Moskva güc balansını qorumağa çalışr. Bundan əlavə, Putin ABŞ-ın “nüvə çətirləri”ni Şərqi Avropa ölkələrində yerləşdirməsinə icazə verən ölkələrə xəbərdarlıq edib. Rusiya öz təhlükəsizliyini təmin etmək üçün yeni təhlükələr yaradacaq və bu istiqamətdə tədbirini görəcək”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bir müddət öncə ABŞ-ın Rumıniyadakı raketdən müdafiə sistemlərinin ölkənin milli təhlükəsizliyinə təhdid olduğunu və buna cavab veriləcəyini bildirib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Azərbaycan dünyanın hərbiləşmiş ölkələri sırasında – REYTİNQ

%d bloqqer bunu bəyənir: