Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Rusiya Yay Olimpiya oyunlarından kənarlaşdırıla bilər

Rusiya yığması Braziliyada keçiriləcək Yay Olimpiya oyunlarından kənarlaşdırıla bilər. ANS PRESS-in məlumatına görə, Beynəlxalq Olimpiya komitəsinin (BOK) prezidenti Tomas Bax bildirib ki, əgər rusiyalı idmançılara qarşı dopinq ittihamları özünü doğrultsa, Olimpiadadan kənarlaşdırılacaq. Bu barədə BOK-un rəhbəri “Frankfurter Allgemeine Zeitung” nəşrinə danışıb.

“Qadağan olunmuş dərmanları istifadə edən idmançılardan savayı onların ətrafı da məsuliyyətə cəlb olunacaq. Cəzalar çox ciddi olacaq. Həmin idmançılar Olimpiya oyunlarında iştirakdan ömürlük kənarlaşdırıla, külli miqdarda pul cəriməsi və milli federasiyalar diskvalifikasiyası oluna bilər, belə hal artıq Rusiyanın yüngül atletika federasiyanın başına gəlib”. BOK-un rəhbəri qeyd edib ki, rusiyalı idmançıların Olimpiadada iştirak edib-etməyəcəyi Ümumdünya antidopinq agentliyinin araşdırmasından sonra məlum olacaq.

Olimpiya məşəlinin alovlandırılma mərasimi

Ötən ilin noyabr ayında Ümumdünya antidopinq agentliyinin komissiyası Rusiyanı dopinq qaydalarını pozduqları üçün ittiham edib. Qurum Beynəlxalq yüngül atletika federasiyaları assosiasiyasına təklif edib ki, rusiyalı atletlər onun bayrağı altında yarışlarda iştirakdan və Olimpiada-2016-dan kənarlaşdırılsın. Məsələ ilə bağlı Beynəlxalq yüngül atletika federasiyaları assosiasiyası iyun ayının 17-də Vyanada yekun qərar verəcək.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

“Xəzər Lənkəran”dan Azərbaycan çempionatına imtina – Hakimliyə görə

%d bloqqer bunu bəyənir: