Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Rusiya XİN Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü barədə

“Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü barədə məlumatı Prezident administrasiyası yayacaq. Bu bizim yox, onların səlahiyyətində olan məsələdir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. “O ki qaldı dünən Rusiya XİN-in saytında gedən məlumata, qeyd etmək istəyirəm ki, bu, korrektə edilməmiş məlumat olub. Qriqori Karasinlə Fransa səfirinin görüşündə Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsi iıə bağlı sammitin keçirilməsinin mümkünlüyü müzakirə olunub. Burada konkret görüşün keçiriləcəyindən deyil, keçirilməsinin mümkünlüyündən söhbət gedir. Ona görə də biz həmin məlumatı korrektə elədik”, – deyə M. Zaxarova vurğulayıb.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

İstehsalçı qiymətləri yenə bahalaşdı

%d bloqqer bunu bəyənir: