Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Rusiya və Türkiyə toqquşa bilər – Qarabağda

“Dağlıq Qarabağ münaqişəsi ətrafında Moskva üçün əsas təhlükə hərbi aktivliyin artması və lokal müharibəyə üçüncü ölkələrin cəlb etməsidir. Hər şeydən əhəmiyyətli isə münaqişəyə Rusiya və Türkiyənin cəlb edilməsidir. Bu müharibənin böyüməsi perspektivini artırar”.

ANS PRESS-in məlumatına görə, bu sözləri  “Valday” klubunun inkişaf və dəstək fondunun proqram direktoru, Rusiya Xarici İşlər Nazirliyinin “Vneşnaya politika” (“Xarici siyasət”) agentliyinin rəhbəri, politoloq Andrey Suşentsov deyib.

O, bildirib ki, münaqişə bölgəsindəki status-kvo Rusiya və onun müttəfiqlərinə ziyan vurur.

“Münaqişənin uzanması Rusiyanın Cənubi Qafqazdakı mövqeyinin zəifləməsinə gətirib çıxara bilər. Hazırda isə status-kvo çox kövrəkdir. Həmçinin Rusiya Qarabağ münaqişəsini böyük enerji ilə həll etməyə çalışır. Bunu son illərdə Moskvanın diplomatik təşəbbüslərindən hiss etmək olar”.

Andrey Suşentsov -"Vneşnyaya politika" ("Xarici siyasət") agentliyinin rəhbəri

Andrey Suşentsov deyib ki, status-kvo Rusiyanın müttəfiqi olan Ermənistanın da ziyanınadır. “Ermənistanın Rusiya ilə ümumi sərhədləri yoxdur. Həmçinin İrəvan vacib regional nəqliyyat və enerji infrastrukturlarından kənarda qalır. Bundan başqa Türkiyə tərəfindən blokadadır və dənizə çıxışı yoxdur. Bütün bunlar İrəvanın iqtisadi vəziyyətini pisləşdirir”.

Cəbhə xəttində gərginlik baş verdikdən sonra Rusiya münaqişənin həllində fəallaşmağa başlayıb. Həmçinin aprelin əvvəlində Azərbaycan və Ermənistan arasında baş verən gərginlik Rusiyanın təşəbbüsü ilə sona çatdı.

Azərbaycan və Ermənistanın yüksək rütbəli hərbçiləri Moskvada görüşdülər və atəşkəş barədə razılığa gəldilər.

Ermənistan təxribatına qarşı həyata keçirilən hərbi əməliyyatlar zamanı Rusiya Ermənistanın mövqeyini açıq şəkildə dəstəkləmədi. Moskvanın İrəvanı dəstəkləməməsi Bakını itirmək istəməməsi ilə izah olundu.

Amma Rusiya ilə gərgin münasibətlər yaşayan Türkiyə Azərbaycanın mövqeyini dəstəkləmişdi. Türkiyə rəsmiləri çıxışları zamanı Azərbaycana hər cür dəstəyi göstərə biləcəklərini bəyan etmişdilər. Bu isə Moskva tərəfindən etirazla qarşılanmışdı. Rusiya rəsmiləri deyiblər ki, Türkiyənin bu mövqeyi tərəfləri müharibəyə təhrik etməkdir.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Ermənistanda itirilmiş 800 hektar mübahisələri: “Tərtəri, Gəncəni tutarıq…”

%d bloqqer bunu bəyənir: