Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Rusiya və Türkiyə tanklarının müqayisəsi – Video

Yutub portalında Rusiyanın T-90 tankı ilə Türkiyənin “Altay” tankının müqayisəsini əks etdirən maraqlı video yayımlanıb.

Axar.az xəbər verir ki, T-90 Rusiya istehsalı olan 3-cü nəsil müharibə tankıdır.

Körfəz müharibəsində (1990-1991-ci illər – red.) T-72-lərin ABŞ-ın Abrams M1A1 tanklarına qarşı müvəffəqiyyətsiz olması nəticəsində inkişaf etdirilməyə başlanıb. T-90 tankları 5 km uzaqlıqda olan düşmənin istənilən tip zirehli texnikasını 100 faiz dəqiqliklə məhv etmək imkanına malikdir. Gecə-gündüz görüntüsünə malik optik lazer-nişangah tank hərəkətdə olarkən belə hədəfi nişan almaq və ya nişangahı hədəf üzərində saxlamaq imkanı yaradır. Tank üzərində quraşdırılan “Kord” pulemyotu isə hava hədəflərinin məhv edilməsində kifayət qədər ciddi silahdır.

T-90 tanklarının çəkisi 50 tondur, heyəti isə 3 nəfərdən ibarətdir.

“Altay” Türkiyənin 3-cü nəsil müharibə tankıdır. Tanka Qurtuluş savaşında süvari alayın komandiri olmuş Fəxrəddin Altayın adı verilib.

Tankın kütləvi istehsalına 2018-ci ildə başlanması planlaşdırılıb. İlk mərhələdə türk ordusu üçün 250 tank istehsal olunacaq.

Ağırlığı 65 tondur, heyəti isə 4 nəfərdən ibarətdir.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Oskarlı rejissor Polanski ABŞ-a verilə bilər – Onu zorlamaya görə təqib edirlər

%d bloqqer bunu bəyənir: