Rusiya və Ukrayna arasında yeni gərginlik – “Casus”, yoxsa “jurnalist”?

Rusiyanın Federal Xidmət Bürosu Moskvada Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşını saxlamaları ilə bağlı məlumat yayıb.

Polkovnik Roman Suşenkonun Rusiya Silahlı Qüvvələrinin fəaliyyətinə dair məlumat topladığı açıqlanıb.
Hazırda ukraynalı polkovniklə bağlı “casusluq” maddəsi ilə cinayət işi açılıb.
Baş verənləri Ukrayna Ali Radasının birinci vitse-spikeri şərh edib və Rusiyada saxlanılan şəxsin casus deyil, ukraynalı jurnalist Suşenko olduğunu bildirib. O, jurnalistin bu ittihamla saxlanılmasından şoka düşdüklərini açıqlayıb.
İrina Qeraşenko dərhal ATƏT-i, Avropa Şurası Baş katibini və digər strukturları bəyanat verməyə çağırıb: “Ukrayna hökuməti jurnalistin dərhal azadlığa buraxılmasını tələb edir”. (qafqazinfo)

Ziya Məmmədovun müşaviri həbsin astanasında – SABİQ NAZİRİN BAŞI DƏRDDƏ

Sonrakı Yazı »

Edvard Nalbandyan yenidən Ermənistan XİN-in başçısı təyin edilib

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: