Rusiya və Türkiyə XİN rəhbərinin müavinləri Moskvada görüşüb


Rusiya XİN başçısının müavini Mixail Boqdanov Türkiyəli həmkarı Ümit Yalçınla Yaxın Şərq və Suriya məsələlərinə dair danışıqlar aparıb.

“Report”un RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, Rusiya XİN-nin Qəbul Evində keçirilən görüş dörd saatdan çox davam edib.

Ümumiyyətlə, 2015-ci ilin noyabrından bu formatda məsləhətləşmələr ilk dəfədir keçirilir. “Su-24” təyyarəsi vurulduqdan sonra Moskva ilə Ankara arasında münasibətlər dondurulmuşdu.

Bundan əvvəl isə Rusuya və Türkiyə XİN başçılarının müavinləri müntəzəm olaraq görüşüb.

XİN rəsmilərinin görüşü avqustun 9-da Sankt-Peterburqda keçiriləcək Rusiya və Türkiyə liderlərinin sammitinə hazırlıq çərçivəsində baş tutub.

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Nigar Camal: ”Sənətçiyə ərə getmərəm”

%d bloqqer bunu bəyənir: