Advertisements
24 saat

Rusiya Ukrayna ilə sərhədə 468 təyyarə yerləşdirdi – Həyəcan

Bu say 2014-cü ilin eyni dövrünə nisbətən 2 dəfədən də çoxdur.

Rusiya Ukrayna ilə sərhəddə canlı qüvvə texnikanın sayını xeyli artırıb.  Moderator.az bu haqda Ukrayna KİV-ə istinadla xəbər verir. Ölkənin Müdafiə Nazirliyi Baş Kəşfiyyat İradəsinin rəsmi facebook səhifəsində yaydığı məlumata görə,  rəsmi Kiyevin nəzarətində olan ərazilərlə(əsasən Donetsk vilayəti) sərhəddə
Rusiyaya məxsus 2 motoatıcı briqada, 14  taktiki batalyon, 8 taktiki rota yerləşib. Rus hərbçilrin ümumi sayı 41,6 min nəfərdir. Kəşfiyyat məlumatlarında o da deyilir ki, ruslar sərhəd boyu 4 “Toçka-U” raket kompleksi,  298 tank, 1566 zirehli maşın, 363 artilleriya qurğusu cəmləyib. Bundan əlavə, “Qafqaz-2016” təlimlərinə hazırlıq çərçivəsində  Ukrayna ilə sərhəd boyu 468 hərbi təyyarə və 303 helikopter döyüş hazırlığı vəziyyətində dayanıb.
Qeyd edək ki, Moderator.az-ın araşdırmasına görə, Rusiya ordusunun hazırda Ukrayna ilə sərhədə topladığı qüvvə əksər göstəricilərinə görə, 2014-cü ilin avqustuna nisbətən 2 dəfə çoxdur.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının 5 avqust 2014-cü il tarixli açıqlamasında  ölkə sərhədində Rusiyaya məxsus 160 tank, 1400 zirehli avtomobil və 230 hərbi təyyarənin mövqe tutduğu bildirilirdi.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: