Loading...
Loading...
erdoqan-putin

Rusiya: “Türkiyə NATO-dan çıxmalıdır”

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) qurucularından olan general Leonid İvaşov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyənin ŞƏT-ə üzvlüyü ilə bağlı bəyanatını şərh edib

“Sputnik” agentliyinə danışan general Türkiyənin bunun üçün NATO-dan çıxmalı olduğunu deyib.
“Türkiyə prezidentinin bu bəyanatı doğru bir qərardır. Təşkilatın parlaq və geniş perspektivi var. Hindistan və Pakistan kimi nüvə gücünə sahib iki ölkə ŞƏT-ə üzv olub. İqtisadiyyat, nəqliyyat və təhlükəsizlik baxımından Türkiyənin təşkilata üzv olması çox əhəmiyyətlidir. Lakin belə bir vəziyyət var: NATO kimi aqressiv bir hərbi blokun üzvü üçün ŞƏT-ə üzvlük nəzərdə tutulmur. Bu səbəbdən də Türkiyə seçimini ortaya qoymalıdır”, – İvaşov bildirib.
Xatırladaq ki, Pakistan və Özbəkistan səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandıran Ərdoğan Avropa İttifaqı ilə danışıqların ləğv ediləcəyi xəbərdarlığını edib.
Türkiyə prezidentinin bu bəyanatı ŞƏT-in aparıcı dövlətləri olan Rusiya və Çin tərəfindən müsbət qarşılanıb. Rusiya Dövlət Dumasının müdafiə komitəsinin üzvü Aleksey Puşkov “Tvitter” hesabında məsələyə münasibət bildirərək bunu olduqca məntiqli addım adlandırıb: “Türkiyənin ŞƏT-ə üzvlüyü Ərdoğan üçün məntiqli bir addım olardı. Bu təşkilat Avropa Birliyindən fərqlidir və onun yerinə keçə bilməz. Ancaq birlikdən fərqli olaraq ŞƏT üzvləri tamamilə müstəqildir”.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Ginq Şuanq Türkiyəni təşkilatda görmək istədiklərini bildirib: “Türkiyə Avrasiya məkanında çox önəmli bir ölkədir və ŞƏT ilə əməkdaşlıq arzusuna böyük önəm veririk. Pekin üzv ölkələrlə təşkilatın hüquqi statusunu müzakirə etməyə hazırdır”.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Avstriya Türkiyəyə silah satışının dayandırılması haqda qərar qəbul edib

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: