Now Reading:
Rusiya Türkiyəyə görə 1200 illik məclisdən imtina etdi
Full Article 40 second read

Rusiya Türkiyəyə görə 1200 illik məclisdən imtina etdi



Moskva Patriarxlığı Ümumpravoslav Məclisində iştirakdan imtina edib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Moskva Patriarxlığının rəsmi nümayəndəsi Mitropolit İllarion söyləyib. Onun sözlərinə görə, bütün kilsələrin iştirak etməyəcəyi halda Ümumpravoslav Məclisi legitim olmayacaq.

Qeyd edək ki, Ümumpravoslav Məclisi 16 iyunda start götürəcək və 26 iyuna qədər davam edəcək. Məclisin təşkilatçısı Konstantinopol Patriarxlığıdır.

Krit adasından öncə bu görüşün İstanbulda keçirilməsi nəzərdə tutulsa da, sonradan Türkiyə-Rusiya münasibətlərinin pisləşməsi buna mane olub. Rəsmi olaraq sonuncu dəfə Ümumpravoslav Məclisi VIII əsrdə çağırılıb.

Bundan öncə Gürcüstan, Bolqarıstan, Serbiya və Antioxiya pravoslav kilsələri də Ümumpravoslav Məclisində iştirakdan imtina ediblər.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: