Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Rusiya təyyarəsini vuran pilotlar həbs olundu

tən il noyabr ayının 24-də Suriya-Türkiyə sərhədində Rusiyaya məxsus “Su-24” təyyarəsini vuran iki türk pilot bir neçə saat əvvəl həbs ediliblər. Xəbəri “Rossiya-24”kanalı “Blomberg” agentliyinə istinadən verib. Onların adı açıqlanmır.

Qeyd edək ki, iyulun 15-də Türkiyədə çevrilişə cəhd edənlər arasında Rusiyanın “Su-24” təyyarəsini vurmuş pilotlardan birinin olduğu deyilirdi.

Bu barədə Ankara meri Melih Gökçek sensasion bəyanat vermişdi.

“Məhz “paralel dövlət” Rusiyayla bizim münasibətlərimizi korladı. Bu hadisədə bu strukturun pilotlarından biri iştirak edirdi, yüz faiz deyirəm. O, qiyamın iştirakçılarından biridir. Bu günə qədər biz bunu səsləndirmirdik, özümüzdə saxlayırdıq. Amma mən, Melih Gökçek deyirəm ki, bizim Rusiya ilə münasibətləri bu alçaqlar korladılar”, – deyə CNN Turk telekanalının efirində mer bildirmişdi.

Musavat.com

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Qadınlar soyunub prezidentliyə namizədin əleyhinə aksiya keçirdilər

%d bloqqer bunu bəyənir: