Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Rusiya təyyarəsi İŞİD-in zavodunu məhv etdi

Rusiyanın çoxfunksiyalı qırıcı-bombardmançı “Su-34” (NATO təsnifatına görə, “Fullback” və ya “Müdafiəçi”) Suriyada İŞİD terror qruplaşmasının nəzarətində olan neft emalı zavodunu məhv edib.

Bu barədə Rusiyanın Suriyada atəşkəs üzrə mərkəzinin bülletenində deyilir.

“Su-34” təyyarəsi İŞİD-in nəzarət etdiyi Hasake əyalətinin Ras-əl-Ayn yaşayış məntəqəsinin ərazisində yerləşən neft emalı zavoduna zərbələr endirib”, – bülletendə bildirilir.

Zərbələr müəssisənin ərazisində yerləşən neft rezervuarlarına endirilib.

Nəticədə texniki avadanlıq sıradan çıxıb və rezervuarlarda saxlanılan neft məhsullarının alışması nəticəsində zavodda böyük yanğın baş verib.(oxu.az)

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Qadını diri-diri yandırıblar

%d bloqqer bunu bəyənir: