Now Reading:
Rusiya sərhədində tıxac yarandı: yük maşınları buraxılmır – FOTO
Full Article 40 second read

Rusiya sərhədində tıxac yarandı: yük maşınları buraxılmır – FOTO



Azərbaycan-Rusiya sərhədində, Qusar rayonunda yerləşən “Samur” gömrük buraxılış məntəqəsində tıxac yaranıb.

Bunu Xaçmaz Gömrük İdarəsinin “Samur” buraxılış məntəqəsinin rəis müavini Cavid Nadirov bildirib.

Rəis müavininin sözlərinə görə, Rusiya Federasiyasına keçmək istəyən yük maşınlarının qonşu ölkənin gömrük məntəqəsindən buraxılmaması Azərbaycan tərəfdə sıxlıq yaradıb: “Sıxlıq əsasən mövsümlə bağlıdır. Ötən gün Rusiya tərəfinə 150 yük maşını yola salınıb. Hazırda  “Samur” gömrük buraxılış məntəqəsinin qarşısında Rusiya tərəfinə keçmək üçün növbə gözləyən “TIR”-ların sayı 200-ə çatıb”.

C.Nadirov qeyd edib ki, buraxılış məntəqəsində yaranan sıxlıqla bağlı Rusiya tərəfinin gömrükçüləri ilə mütəmadi danışıqlar aparılır: “Təqribən bir saatdan sonra Azərbaycan və Rusiya gömrükçülərinin görüşü baş tutacaq. Bunun üçün müvafiq danışıqlar aparılıb. Problem də aradan qaldırılacaq”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: