24 saat

Rusiya qazının Gürcüstandan Ermənistana nəqli bərpa edilib


Təmir işlərinin yekunlaşması ilə əlaqədar Rusiya qazının Gürcüstandan Ermənistana nəqli bərpa edilib.

APA-nın armenia-news.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Qazprom Armeniya” şirkəti məlumat verib.

Qazax-Saquramo magistral qaz kəmərində qəza-bərpa işləri ilə əlaqədar olaraq Gürcüstan ərazisi ilə Ermənistana Rusiya qazının verilişi iyulun 10-dan müvəqqəti dayandırılmışdı.

Bildirilir ki, Rusiya qazının Ermənistana nəqli avqustun 4-də bərpa edilib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: