Now Reading:
“Rusiya Qarabağ münaqişəsinin davam etməsini istəyir”
Full Article 50 second read

“Rusiya Qarabağ münaqişəsinin davam etməsini istəyir”



Sərdar Cəlaloğlu: “Münaqişə tərəflərini də bu səbəbdən silahlandırır”

Son illər Rusiyanın həm Ermənistan, həm də Azərbaycana külli miqdarda silah-sursat, raket və artilleriya sistemləri satdığı hər kəsə bəllidir. Maraqlıdır, Azərbaycanın Ermənistanın timsalında Rusiya ilə apardığıa silahlanma yarışı ölkəmizə nə vəd edir? Rusiyanın Cənubi Qafqaz regionunu müasir silahlarla bu qədər “yükləməsi” nəyə hesablanıb?
Məsələ ilə bağlı 24saat.org-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu Rusiyanın Qarabağ probeminin həllində maraqlı olmadığını və yürütdüyü siyasətin də buna xidmət etdiyini vurğuladı:
“Bu münaqişədə maraqlı tərəf Rusiyadır. Supergüclər bu münaqişənin tezliklə həll olunmasını istəmir. Münaqişənin davam etməsi üçün tərəflərin hərbiləşdirilməsi lazımdır. Rusiyanın ortaya qoyduğu səylərin kökündə bu dayanır. Onlar problemin münaqişə tərəflərinin deyil, üçüncü, dördüncü tərəfin maraqları çərçivəsində həll olunması üçün onların silahlandırılmasını vacib hesab edirlər. Baş verənlərin mahiyyəti bundan ibarətdir”.

Seymur Əliyev

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: